Azərbaycan çempionatının milyonluq futbolçuları - SİYAHI
Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.
Sfera.az bildirir ki, "Transfermarkt"ın qiymətləndirməsinə görə, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.
"Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. Onu "Qarabağ"dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir - 1,5 milyon avro.
3-4-cü pillərlərdə də "Qarabağ"ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.
Pedro Enrike (Qarabağ) - 3.000.000 avro
Riçard Almeyda (Qarabağ) - 1.500.000 avro
Anton Kanibolotski (Qarabağ) - 1.000.000 avro
Dani Kintana (Qarabağ) - 1.000.000 avro
Miçel (Qarabağ) - 900.000 avro
Vitali Vernidub (Qəbələ) - 900.000 avro
İbrahim Şehiç (Qarabağ) - 800.000 avro
Vild Donald Gerye (Qarabağ) - 800.000 avro
Filip Ozobiç (Qəbələ) - 800.000 avro
.
Yakub Rejniçak (Qarabağ) - 700.000 avro
Fanat.az