Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, Ağsu rayon Polis Şöbəsinə edilən şikayətlər nəticəsində araşdırma aparılıb. Məlum olub ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov "Fakt Araşdırıcı N” MMC adlı şirkət yaradaraq sahibkarlıq obyektlərində qanunsuz yoxlama aparıblar.
 
Onlar Ağsu şəhərində fəaliyyət göstərən sahibkar Cəlal Şahbazova məxsus ət dükanı və Əlvan Həmidova məxsus ərzaq mağazalarına daxil olub orada işçilərin müqavilələrinin olmaması, vaxtı keçmiş məhsulların satılmasını bəhanə edərək həmin obyektlərin sahiblərindən hər ay 25 manat pul köçürmələrini, əks təqdirdə bununla bağlı dövlət orqanlarına məlumat verəcəklərini deyərək hədə-qorxu gəliblər. Bundan sonra sahibkarlar Ağsu rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıb.

 Faktla bağlı araşdırma aparılır. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...