Sanksiyaların müddəti uzadıldı

Sanksiyaların müddəti uzadıldı
ABŞ prezidenti Donald Tramp Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.

Sfera.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbərdə deyilir ki, 6 mart, 16 mart, 20 mart və 19 dekabr 2014-cü ildə tətbiq edilmiş sanksiyaların müddəti uzadılıb.

ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu il martın 6-sında bitməli idi.

Xatırladaq ki, 28 fevral tarixində Ağ ev sözçüsü Sara Senders Tramp administrasiyasının Rusiyaya qarşı sərt siyasətinin davam etdiriləcəyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR