Salyanda DYP postuna silahlı hücum: Polis əməkdaşı yaralandı

Salyanda DYP postuna silahlı hücum: Polis əməkdaşı yaralandı
Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin "MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.

Sonra özünə məxsus "Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının "saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.

Orxan Bağırov saxlanılarkən silahlı müqavimət göstərsə də, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarığı sayəsində zərərsizləşdirilərək, həbs olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...