Türkiyənin baş naziri Binəli Yıldırım İlham Əliyevə baş sağlığı verdi
Siyasət
20:10 / 02.03.2018
4406
Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
Sfera.az xəbər verir ki, mətndə fikirlər bildirilir:
"Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm.
Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.