Erməni ekspert: “Azərbaycan İsraildən ən yaxşı silahları alır, bizə isə ruslar köhnəlmiş texnikanı soxuşdurur”

Erməni ekspert: “Azərbaycan İsraildən ən yaxşı silahları alır, bizə isə ruslar köhnəlmiş texnikanı soxuşdurur”
Qalust Qriqoryan

"ArmenianReport"
 
***


Sarkisyanın qorxaqlığı, dövlət maraqlarını yox, həmişə şəxsi maraqlarını fikirləşməsi sonda bizə baha başa gələcək.

Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Putin dedi ki, kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir. Dünyada belə bir şey yoxdur.
Hələlik raketin adı yoxdur. Prezident bu işi Müdafiə Nazirliyinə tapşırıb.

Xalqın bu barədə nə fikirləşdiyi hələ bilinmir. Son zamanlar Kreml üçün günlər heç də xoş keçmir: Qış Olimpiadasında alçaldılmaları, Suriyada "Vaqner”  batalyonunun məhvi, Argentinada kokain qalmaqalı. İqtisadiyyatın zəifləməsini də bura əlavə etsək, görərik ki, kral "lütdü”. Gec-tez bunu rəsmi qəbul edəcəklər. Putin rejimi çökəcək. Yəqin ki, bu çox da uzaq vaxtda baş verməyəcək. Odur ki, Ermənistan Rusiyadan uzaqlaşma prosesini gücləndirməlidir. Avrasiya İttifaqından və başqa qurumlardan çıxmalıyıq.

Özü də bunu hakimiyyət etməlidir, müxalifət yox. Bizi bu bataqlığa salan onlardır.
Axı biz "müttəfiq”lərin arasında olanların şahidiyik. Lukaşenko əsəbidir, Rusiya və Belarusiya arasında süd təhcizatı ilə bağlı problem yaranıb. Rusiya ancaq öz maraqlarını fikirləşir, digərlərinin problemlərinə isə tüpürmək istəyir. Bunu Qazaxıstanda da başa düşüblər, Belarusiyada da.

Bəs Serj Sarkisyan nə edir? 

Bax gəlin fikirləşək - niyə Rusiya bizə maraqlı olmalıdır?

Raqozin özü etiraf etdi ki, Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək. Bu isə iqtisadiyyatı zəiflədəcək, Qərbdən texniki və hərbi geriləmə sürətlənəcək.
Əvəzində Rusiya köhnəlmiş texnikanı kreditlə yenə bizə soxuşduracaq.

Həm də görürük ki, rus silahı alan ölkələri ABŞ sanksiya ilə hədələyir. Azərbaycan da Rusiyadan silah alır. Ancaq onlar daha ağıllı siyasət yeridirlər.
Rəsmi Bakı həmçinin Pakistan, Türkiyə və İsraildən silah alır.

Dayanmaq niyyətləri də yoxdur. Artıq İrəvana da iddialı olduqlarını açıq bəyan edirlər, özlərinə əmindirlər. İsraillilər 9 ölkəyə ən modern radar sistemləri olan "Dəmir Qübbə” və "Davudun gəmisi”ni satmaq nityətindədirlər. Bu ölkələrin arasında Azərbaycan da var. İstənilən halda Azərbaycan ən yaxşı silahları alır. Biz isə Rusiyanın zir-zibili ilə ölkəmizi qorumaq gücündə olmayacağıq.


Tərcümə Sfera.az-ındır

OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...