İsrail polisi Netanyahunu sorğu-suala çəkir

İsrail polisi Netanyahunu sorğu-suala çəkir
İsrail polisi ölkənin baş naziri Binyamin Netanyahunu onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində ilk dəfə sorğu-suala çəkir.

Qeyd edək ki, hökumət başçısı "4000 iş" adı alan iş üzrə şübhəli fiqur deyil, lakin bunu özünə qarşı təqiblərin davamı hesab edir. Müstəntiqlər tanınmış "Walla" xəbər internet-resursunda Netanyahunun fəaliyyətinin müsbət yöndə işıqlandırılmasının qarşılığında məmurların "Bezek"in maraqlarını təşviq etməsinə dair sübutlar axtarırlar.

"Sorğu-sual onun Qüdsdəki rəsmi iqamətgahında keçirilir və bunun 4 saat davam edəcəyi gözlənilir. Netanyahuya hələ ictimaiyyətə açıqlanmayan, amma əsas şübhəli şəxslərin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclaslarında məhkəməyə təqdim olunan xeyli sayda dəlil nümayiş olunacaq", - yerli "Kan" radiosu bildirib.

Qeyd edək ki, polis daha əvvəl bu işlə bağlı Netanyahunun keçmiş mətbuat katibi Nir Hafetsi, Rabitə Nazirliyinin keçmiş baş direktoru Şlom Filberi, "Bezek"in sahibi Şaul Eloviçi, onun həyat yoldaşını, oğlunu və tabeliyindəki bir neçə nəfəri həbs edib.

Radionun məlumatına görə, baş nazir ilə paralel olaraq, onun həyat yoldaşı da dindirilir.

Xatırladaq ki, Netanyahunun adı polisin keçən ay prokurorluğa təhvil verdiyi və Nazirlər Kabinetinin rəhbərinə qarşı rüşvət almaq, dələduzluq və etimaddan sui istifadə etmə üzrə ittiham irəli sürülməsini təklif etdiyi iki cinayət işində şübhəli şəxs kimi keçir.("Report”)


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...