Misir qondarma "erməni soyqırımı"nı tanımağa hazırlaşır
Dünya
11:50 / 02.03.2018
5331
Misir Parlamenti qondarma erməni soyqırımını tanıya bilər.
Sfera.az "Horizon Weekly” nəşrinə istinadən bildirir ki, bu haqda parlamentin milli təhlükəsizlik komitəsinin sədri Yəhya Əl-Qədvani məsələ qaldırıb.
Hollandiya parlamentinin qərarından sonra misirli deputatlar da anoloji addımı atmaq qərarına gəliblər.
Əl-Qədvani deyib ki, Türkiyə beynəlxalq qanunları pozur, odur ki, bu addımı atmaq zəruridir:
"Ermənilərin kütləvi öldürülməsi tarixi faktdır və hər kəs öz mövqeyini sərgiləyə bilər".