Donald Trampı belə qorxuya salan başkəsənlər

Donald Trampı belə qorxuya salan başkəsənlər
Prezident seçiləndən Donald Trampın başında ancaq bir fikir var. Cənubda, Meksika ilə sərhəddə yekə divar hörmək. Əks halda ölkə "latinos”lardan yaxa qurtara bilməyəcək. 

"Mariya-Salvatruçça” adlı banda hətta ABŞ kimi dövlətin başçısını belə narahat edir, qorxudur. Anqlo-sakslar bu qruplaşmanı qısaca olaraq "MS-13” adlandırır. Hansı ki,  elə Trampın and içmə günündə Los-Anceles küçələrində iki qızı maçete ilə doğrayaraq şəhər əhalisini şoka saldı.

Bəs kimlərdər bu MS-13”?  Harada, necə yaranıb?

Sfera.az yeni dünyanın ən əzazil bandası haqda maraqlı faktları təqdim edir:


"Qarışqalar”



"Mariya-Salvatruçça” tərcümədə Salvador qarışqaları deməkdir.

"MS-13” ötən əsrin 80-ci illərində Los-Ancelesdə yaranıb. Həmin vaxt Salvadorda vətəndaş müharibəsi gedirdi.

Amerikaya pənah gətirən salvadorlular burada çoxsaylı Meksika bandalarının və zənci  dəstələrinin təzyiqi ilə üzləşdilər.

Salvadorlulara yerlilər ikinci sort adam kimi baxırdı, təhsilsiz, fiziki cəhətdən zəif.
Ümumi düşmənlərə qarşı birləşən salvadorlular bandalarda birləşdilər. Qəddarlıqda tayları-bərabərləri yox idi. Vətəndaş müharibəsinin bütün dəhşətlərini görən adamlar uçün baş, qol, əl kəsmək adi bir şey idi.

Onların bu xüsusiyyəti rəqiblərini qorxudurdu. "MS-13” üzvləri düşmənlərinin cinsiyyət üzvünü kəsib öz itlərinə yedirtməklə Kaliforniyaya qorxu saldılar.

3 şərt

Bu banda üzvlərnin həyatda 3 yolu var- xəstəxana, həbsxana yaxud məzarlıq.

3 şeyi müqəddəs sayırlar- Allahı, ananı və bandanı.

3 məqsədlə yaşayırlar- bandaya yeni üzvlər cəlb etmək, bandaya dollar qazandırmaq və öldürmək.

"MS-13” ABŞ-da qeyri-leqal miqrasiyadan tutmuş, narkotik satışı, muzdlu qətllər və sairlə məşğul olur.

Bandanın əhatə dairəsi təkcə Kolifornya deyil, əlləri Alyaskaya kimi çatır.

FTB-nin məlumatına görə bandanın 10 min üzvü var. Dəstəyə 7-8 yaşından üzv olmaq olar. Qızlar üçün məhdudiyyət olmasa da bu nadir baş verir.
 


"Əl-Qaidə” qədər təhlükəli

İl ərzində qruplaşma üzvləri 5 minədək cinayət törədirlər. Amerika polisi çoxsaylı qətllərdən bezəndən sonra cinayətkarların çoxu ölkədən deport olundu. Ana vətənlərinə qayıdan banditlər burada da güclü təşkilatlandılar. Onların nüfuzu Salvadorla qonşu olan ölkələrə yayıldı. Əgər hər hansı hakimiyyət maneçilik yaradırdısa, banda həmin ölkəni cəzalandırırdı.

Məsələn, 2004-cü ildə "MS-13” Hondurasda reys avtobusunu saxlayaraq sərnişinləri güllələdi. 28 nəfərin qətli hökumətə mesaj idi - yəni, bizə mane olmayın. Banda Salvadorda o qədər gücləndi ki, real hakimiyyətə alternativ oldu. Öz hakimiyyət strukturu, ordusu var idi. Ölkədə vətəndaş müharibəsi yenə başladı, bu dəfə kriminal banda ilə. Tərəflər bir-birinə rəhm etmirdi.


Salvadorda adicə kriminal mənalı döyməyə görə həbs oluna bilərsiniz. 

Reallıqda ölkə həbsxanaları bandanın nəzarətindədir. Hökumət oranı yalnız çöldən qoruyur.

ABŞ hakimiyyəti "MS-13”-ü "Əl-Qaidə” qədər təhlükəli sayır. FTB bandaya qarşı bütün Latın Amerikası ölkələri ilə əməkdaşlıq edir.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...