Uşaqlar sağ qalmaq üçün divarın əhəngini yeyiblər - DƏHŞƏT

Uşaqlar sağ qalmaq üçün divarın əhəngini yeyiblər - DƏHŞƏT
Pensilvaniya polisi uşaqları ilə qəddar davranan ər-arvadı həbs edib.

Sfera.az "People” nəşrinə istinadən xəbər verir ki, cütlük uşaqları mebelsiz, çarpayısız, isidilmə sistemi olmayan otaqda qapənı bağlayaraq saxlayıb.

Uşaqlar acından ölməmək üçün divarın əhəngini yeyiblər. 

Anonim zəng əsasında evdə axtarış aparan polislər gördüklərindən dəhşətə gəliblər.

Uşaqlar həkim nəzarətindən keçərkən rəy verilib ki, polislər onları vaxtında tapmasa, azyaşlılar az zamanda öləcəkmiş.

34 yaşlı Coşua Uyeantu və onun 39 yaşlı arvadı Brendiyə qarşı ittiham irəli sürülüb.

Onları 10 il həbs gözləyir. Uşaqlar isə yeni ailəyə təhvil verilib.
 
İlqar

OXŞAR XƏBƏRLƏR