“Bakı Bus” sürücüsünün səhlənkarlığı ölümə səbəb oldu
Hadisə
18:15 / 01.03.2018
3647
Hadisə Bakının Nəsimi rayonunda qeydə alınıb.
Sfera.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin "Ölkə.Az”a verdiyi açıqlamaya görə, Bus MMC-nin 3 nömrəli avtobusu "Koroğlu” parkı ərazisi yolu keçmək istəyən qadını vurub. Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.
Qəza yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Hadisəni törədən sürücü istintaqa cəlb olunub və izahatının alınması üçün Nəsimi RPİ-nə aparılıb. Faktla bağlı istintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.