Ərdoğan: “Qüds güzəştə gedilməyəcək”

Ərdoğan: “Qüds güzəştə gedilməyəcək”
"Qüds güzəştə gedilməyəcək”.

Sfera.az xəbər verir ki, bunu ərbi Afrika ölkəsi Mavritaniyada rəsmi ziyarətdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında deyib.
 
Prezident sözlərinə belə davam edib: 

"Yeni dünya düzəni qurularkən biz Afrika ilə birlikdə bu düzəndə olmaq istəyirik. İslam Əməkdaşlıq Təşkilatı prezidenti olaraq 13 dekabrda İstanbulda keçirdiyimiz konferansda Qüds mövzusu ən önəmli mövzumuz idi. Amerikanın Qüdsü bölgədəki səfirliyi kimi elan etməsinin bizə heç bir dəxli yoxdur. Bizdə bir söz var, "Özü çalar, özü də oynayar”. Bunu ABŞ-da gördük 123 ölkə Amerikanın qarşısında dik durdu. Amerika isə qəsəbə kimi idarə olunan 8 dövlətlə birlikdə ordan zorla çıxdı. Güc həmişə haqlı olmur. Haqq həmişə güclü olur. Qüds mövzusunda heç vaxt güzəştə getməyəcəyik”.

Nihat HÜSEYNZADƏ
 



OXŞAR XƏBƏRLƏR