Niyə pul vahidimizin kodu AZM yox, AZN-dir? - AÇIQLAMA

Niyə pul vahidimizin kodu AZM yox, AZN-dir? - AÇIQLAMA
Məlumdur ki, Azərbaycan manatının qısaldılmış forması AZN kimi yazılır. Digər ölkələrin nominallarının abreviaturası onların öz formalarına uyğun yazıldığı halda (məsələn, Türk lirəsi (TL), Rus rublu (Rub)) niyə Azərbaycan manatı AZN formasında yazılır? Ümumiyyətlə AZN-in açılışı nədir? 
 
Sfera.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından "xeberle.com"-un sorğusuna cavab olaraq AZN abreviaturası Azərbaycanın beynəlxalq valyuta kodu kimi qəbul edildiyi bildirilib:
 
"Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyuta dövriyyəyə buraxılarkən manatın beynəlxalq valyuta kodu "AZM” (Azerbaijan Manat) qəbul edilib. 

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı ildən etibarən yeni nəsil pul nişanları tədavülə buraxılıb, yeni Azərbaycan manatının beynəlxalq valyuta kodu "AZN” qəbul edilib. Yeni Azərbaycan manatının beynəlxalq valyuta kodu Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 4217 kod siyahısında qeydə alınıb”.

İqtisadçı-ekspert Natiq Cəfərli  isə hesab edir ki, AZN abreviaturasındakı N hərfinin açıqlaması yoxdur:
 
"Səhv etmirəmsə, ilk olaraq Azərbaycan manatının valyuta kodu "AZ” olaraq təklif edilmişdi. Amma bu forma həm də Azərbaycanın domeni olduğu üçün ondan imtina olundu və AZN şəklində yazılması məqbul hesab edildi. Əslində oradakı N hərfinin açıqlaması yoxdur. Bu qərar sadəcə dilə daha rahat şəkildə yatımlı olması və beynəlxalq abreviatura şəklində tanınması üçün verildi. Onu da qeyd edim ki, yanılmıramsa, hansısa ölkədə AZM abreviaturası var idi. Qarışıq olmasın və təkrarlanmasın deyə Azərbaycan manatının qısaldılmış forması kimi AZN seçildi”.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...