Bank of Baku-nun 145 Məlumat Mərkəzi 11 yaşında!

Bank of Baku-nun 145 Məlumat Mərkəzi 11 yaşında!
11 il öncə, 01 mart 2007-ci il tarixində sektorunun innovatoru hesab edilən Bank of Baku, bir yeniliyə imza atdı – ölkədə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında fəaliyyət göstərən 145 Məlumat Mərkəzi xidmətini müştərilərinə təqdim etdi. 

"Sizə Yaxın Bankçılıq” şüarına sadiqlik göstərən Bank, müştərilərinə bir zəng qədər yaxın olmaq məqsədilə 145 Məlumat Mərkəzi vasitəsilə 11 il ərzində milyonlarla müştərisinə Bankın xidmət və məhsullarından daha rahat və operativ istifadə imkanı yaratdı.

11 illik fəaliyyət dövrü ərzində istər fiziki, istərsə də hüquqi şəxslərə yüksək keyfiyyətlə xidmət nümayiş etdirən 145 Məlumat Mərkəzi hər zaman müştərilərinin tələb və istəklərini əsas götürmüş və bu istiqamətdə bir çox yeniliyə imza atmışdır. 

Fəaliyyətinin 11-ci ildönümündə Bankın Korporativ Bankçılıq siyasətinə dəstək olan 145 Məlumat Mərkəzi, korporativ müştərilərə ÖZƏL olaraq yeni xidmət bölməsini istifadəyə verdi. Yeni yaradılan bölmə, korporativ müştərilərə 145-1-1 nömrəsilə əlaqə saxlayaraq  aşağıdakı xidmətlərdən banka gəlmədən istifadə imkanı təqdim edir:

Daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması;
İnternet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi;
Köçürmələr ilə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi;
Asan imza nömrələrinin qeydiyyata alınması;
Kartlar üzrə PIN kodun yenidən aktivləşdirilməsi;
SMS bankçılıq xidmətinə qoşulma;
Təklif və iradların qeydə alınması.

Hal-hazırda, 145 Məlumat Mərkəzi 27 nəfər əməkdaşla gündəlik olaraq 1000-dən artıq müştərinin istər zəng, istər saytdakı onlayn məsləhətçi xidməti, istərsə də bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olan müraciətlərini cavablandırır və müsbət həllində dəstək göstərirlər.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...