Şagirdi ilə marixuana çəkib cinsi əlaqədə olan müəllimə həbs edildi
Hadisə
14:56 / 01.03.2018
3239
ABŞ-da 26 yaşlı müəllimə 14 yaşlı şagirdini marixuana çəkməklə yoldan çıxararaq cinsi əlaqədə olub.
Sfera.az "New York Post"a istinadən xəbər verir ki, onların arasında münasibət 2017-ci ilin noyabrından başlayıb.
Müəllimə telefonla şagirdinə çılpaq şəkillərini göndərib. Floridadakı orta məktəblərdən birinin müəlliməsi olan Srefani Piterson hər axşam saat 23 radələrində şagirdini maşınla götürüb evinə aparır, orda marixuana çəkdirirmiş. Cinsi əlaqədən sonra uşağı yenidən valideynlərinin evinə aparırmış.
Məktəblinin qiymətləri aşağı düşəndə valideynlər vəziyyətdən şübhələniblər.
Nəhayət 3 aydan sonra məktəbli vəziyyəti valideynlərinə izah edib. Onlar dərhal polisə müraciət ediblər.
Polis Stefanini həbs edib. Onun girov müqabilində azadlığa çıxması üçün məhkəmə 25 min dollar tələb edib.