Moskvanın erməniləri “sındırdığı” təqvimdən 10 il ötdü

Moskvanın erməniləri “sındırdığı” təqvimdən 10 il ötdü
Erməni ekspert Tevos Arşakyan ermənilərin təqvimindəki qara günlərdn biri olan 1 Mart haqqında yazı qələmə alıb.
 
Sfera.az həmin yazını təqdim edir: 

Martın 1-i ermənilər təqvimdəki qara "yubileyi” qeyd edəcəklər. Tariximizə baxsaq, orda qara günlərin az olmadığını görəcəyik.
Lakin 1 mart onların arasında xüsusi yeri tutur.

Hər il bu tarixə yaxınlaşdıqca ortaya suallar çıxır: "Azadlıq” meydanında qanlı olayların ssenarisini kim yazmışdı? Əlbəttə burda heç bir sirr yoxdur - Köçəryan-Sarkisyan klanı və onların Moskvadakı kuratorları.

Bilirik ki, Moskva hökumətdəki adamlarının vasitəsilə Levon Ter-Petrosyanı istefaya getməyə məcbur etdi. Bundan sonra hakimiyyət Köçəryanın kriminal klanına ötürüldü. Ancaq ilk il yarım ərzində Köçəryan hakimiyyəti Karen Dəmirçiyan və Vazgen Sərkisyanla bölüşməli oldu. Sonuncular isə hakimiyyətdəki Qarabağ klanına qarşı idilər. Ölkəni büsbütün kriminal dəstənin ixtiyarına buraxmaq istəmirdilər. Sonları necə oldu? Xatırlayırıq - 1199-cu il, 27 oktyabrda Köçəryanın əsas rəqibləri parlamentdə güllələndilər.
 
Hələ onda aydın idi ki, terror aktının planını FTB-də cızıblar. Moskva Köçəryanın diktaturasına rəqib istəmirdi. Rusları anlamaq olar, müxtəlif dünyagörüşü olan siyasətçilərlə anlaşmaqda çətinlik çəkməkdənsə, sadiq olan Köçəryanla işləmək daha sərfəli idi. Beləliklə, 199-cu ildən sonra ölkədə real söz sahibi Moskva oldu. Köçəryana isə xalqını soymağa rahat şərait yaradıldı. Ancaq prezidentlik müddətinin sonunda nəsə baş verdi. Ola bilər ki, Moskva Robertə daha etibar etmirdi. Həm də xalqın onun rejiminə nifrətini görürdü. Bu da ola bilərdi ki, fantastik dərəcədə varlanan Köçəryan daha respublikanın başında özü qalmaq istəmirdi. Moskva onun yerinə Sarkisyanı görürdü. Onun əsas vəzifəsi sədaqətli olmaq, İrəvanı həmişəki kimi Moskvanın orbitində saxlamaq idi.
Ancaq Rusiya bir şeyi nəzərə almamışdı - xalqın Köçəryan-Sarkisyan tandeminə nifrətini. Xalq bu cütlüyə qarşı çıxan istənilən adamın dalınca getməyə hazır idi. 
 
Leven Ter-Petrosyan bunu bilirdi. Təcrübəli siyasətçi prezidentlik müddətindəki səhvini düzəltmək istəyirdi. Axı bu klanı o özü İrəvana gətirmişdi. Hakimiyyətə gələndən sonra isə özünü devirdilər. Odur ki, 2007-ci ilin oktyabrında, çıxış etdiyi mitinqlərin birində bəyan etdi ki, Ermənistan hakimiyyəti öz xalqına utanc gətirir və onları tarixin arxivinə göndərmək niyyətindədir.

Sonrakı hadisələr isə bəllidir. Kriminal rejim və onun Moskvadakı havadarı 19 fevral, 2008-ci ildə keçirilən prezident seçkisində Ter-Petrosyanın qələbəsinə izn verə bilməzdilər. Xalqın səs verdiyinə onlar tüpürmək istəyirdi. Seçki saxtalaşdırıldı. Sarkisyan kreslosunda qalmalı, İrəvanı Moskvanın boyunduruğundan çıxmağa qoymamalı idi. 
 
Ermənistan isə daha kriminal rejimin hakimiyyəti altında yaşamaq istəmirdi. Xalq "Azadlıq” meydanında istefa tələb edirdi.
Saakaşvili Gürcüstanından gözü qorxmuş Kreml Tiflis ssenarisinin İrəvanda təkrarlanmasına göz yuma bilməzdi. Xalq hərakatı qan gölündə boğuldu.
Düzdür, 1 martda meydanda dinc əhalini döyən, öldürən adamlar cəzalandırıldı. Ancaq onlar əmri yerinə yetirən xırda fiqurlar idi.
Əsas cinayətkarların Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Qarik Akopyan olduğunu yaxşı bilirik.
Xalqı polis, ordu, Rusiyadan gəlmə başkəsənlərlə cəzalandıran , "sındıran” məhz onlar idi.
 
İlqar




OXŞAR XƏBƏRLƏR