“Xəzər Lənkəran”ın sabiq məşqçisi həbs oluna bilər
İdman
10:40 / 01.03.2018
3008
"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər.
Sfera.az bildirir ki, buna səbəb həyat yoldaşı Evin Elçinin mütəxəssisdən şikayət etməsi olub.
Həyat yoldaşı Mustafa Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. 69 yaşlı məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb.
Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə "Xəzər Lənkəran” klubunu çalışdırıb.(Qafqazinfo)