Evinə gələn qonağı söyüşə görə öldürdü - Xudatda
Hadisə
09:50 / 01.03.2018
2464
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Bəxtiyar Çobanovun (1964-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Ötən il oktyabrın 28-də Xudat şəhərində yaşayan Bəxtiyar Çobanov evində, münaqişə zəminində qonağı olan həmyerlisi Hikmət Babayevə (1968-ci il təv.) küt və kəsici alətlə xəsarətlər yetirərək, onu qətlə yetirib. Evi tərk edən Çobanov bir neçə saatdan sonra Xudat şəhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqda dindirilmiş B.Çobanov bildirib ki, H.Babayevı söyüş söydüyünə görə vurub, hadisə zamanı onlar sərxoş vəziyyətdə olublar.
Hazırlıq iclasınnda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan olunub.
İş üzrə baxış martın 7-nə təyin edilib.

Sfera.az