ABŞ polisi təhlükəli ermənini güllələyib

Dünya
08:47 / 01.03.2018
2263
ABŞ-ın Los-Anceles şəhərinin polisi onlara təhlükə törədən ermənini güllələyib.
Onun sözlərinə görə, öldürülən şəxs Panorama-Sitinin 22 yaşlı sakini, intihara meylli Orbel Nazaryandır. Həmin şəxs polisə zəng edərək tapançasının və bıçağının olduğunu xəbər verib. Əraziyə gələn asayiş keşikçiləri Nazaryanın əlində yarım metrlik kəsici alətin olduğunu görüblər. Bundan əlavə, erməni polisə tabe olmaqdan imtina edib və onlara təhlükə törədib.
Asayiş keşikçiləri bu hadisəni tamamilə lentə alıblar.
Təhqiqat aparılır. //report.az
Sfera.az