Nazirə yeni yaradılan qurumda vəzifə verildi

Nazirə yeni yaradılan qurumda vəzifə verildi

Bu gün prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi təsdiq edilib.

Şuranın tərkibi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli fərmanı ilə təsdiq edilib.

Koordinasiya Şurasının sədri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.

Koordinasiya Şurasının üzvləri:

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriElçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiQüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisiMusa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müaviniToğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müaviniXələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniCavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriRauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədriElşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiTaleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru


OXŞAR XƏBƏRLƏR