Eldar Mahmudov: it də getdi, ip də getdi...

Eldar Mahmudov: it də getdi, ip də getdi...

Vəzifədə olanda yaşadığın zamanın təntənəsi ilə yox, sabah düşə biləcəyin vəziyyəti nəzərə alaraq addım atmaq, hərəkət etmək lazımdır. Nə olar, adam bir gün vəzifəyə gələr, sabah vəzifədən azad edilər. Elə etmək lazımdır ki, adının qarşısında sabiq sözü yazılanda, hamı "yaxşı rəhbər idi, təvazökar adam idi" deyib, ehtiramla səni ansın. Yoxsa "Kimə gəldi daş atım, yerli-yersiz insanları incidim, onların lənətini qazanım". Bu heç kimə başucağlı gətirməyib və gətirməyəcək.

Vaxt var idi, Eldar Mahmudovun qılıncının dalı da kəsirdi, qabağı da. Fikirləşirdi ki, əbədi imtiyaz əldə edib. Kimin istəsə səsini dinləyə bilər, kimi istəsə "tasa otuzdura" bilər, kimi istəsə təhqir edə bilər.

Ancaq unudurdu. Unudurdu ki, bu ölkənin rəhbəri gərgin iş qrafikinə baxmayaraq, vaxtının çoxunu sadə xalqın arasında keçirir, insanların problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir. Bir halda ki, ölkə rəhbəri bunca təvazökar və səmimidirsə, sən kimsən, nə karəsən ki, insanların heysiyyatı ilə oynayasan?

O və qudurğan dəstəsi bunu başa düşmədi. Məhz elə başa düşmədiklərinə görə, günlərin birində ayıldılar ki, "İt də getdi, ip də getdi". Bir zamanların "rembosu" artıq canını qurtarmaq, törətdiyi əməllərin hesabını verməməyin yolları barədə düşünür. Eynən Əli İnsanovun taleyi, miskin bir tale.

Bir məqamı unutmaq lazım deyil. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, vəzifəsindən və daşıdığı statusundan asılı olmayaraq, kimsə cinayətkar əməllər törədib, hüquqi məsuliyyətdən yayına biləcəyini düşünürsə, səhvə yol verir. İstər məmur olsun, istər sahibkar, istərsə də sadə vətəndaş. Hər kəs sadə bir həqiqəti bilməli və qəbul etməlidir - qanunlara hörmətlə yanaşmaq. Bir az məsuliyyətli olaq və başa düşək ki, bu dövlətin əmlakı və vətəndaşları toxunulmazdır. Onlara qarşı etdiyimiz hər bir xəyanətin, oğurluğun, soyğunçuluğun cavabını verməliyik. Yox əgər, bunu etməyəcəyiksə, özümüzü "dəmir barmaqlılar"a hazırlamalıyıq.

Müxalifət MTN-lə bağlı son hadisələri bayram edir. Müxtəlif ehtimallar səsləndirilir, sanki fürsətmiş kimi davranaraq, ictimai rəyi çaşdırmağa çalışırlar. Tanış ssenaridir. 2005-ci ildə Əli İnsanov və Fərhad Əliyev həbs olunduğu zaman da oxşar "taktika"dan istifadə edirdilər.

Azərbaycanda sabitliyin bir qarantı var - Prezident İlham Əliyev. Məhz Cənab Prezident İlham Əliyev həddini aşanlara öz yerini göstərir. Lazım gəldiyi halda onlarla bağlı hüquqi araşdırmalara başlanması barədə göstəriş verir.

Nəticə çıxarmaq zamanıdır, cənablar!  //trend

Sfera.az


OXŞAR XƏBƏRLƏR