Gürcüstan prezidenti bir Azərbaycan vətəndaşını əfv etdi
Siyasət
20:11 / 28.02.2018
2969
Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili əfv fərmanını imzalayıb.
Sfera.az bildirir ki, dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub.
Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır.
Gürcüstanın Əfv məsələləri üzrə Dövlət Komissiyasının sədri Zviad Koridze sayta açıqlamasında bildirib ki, əfv olunan məhbuslardan 73 nəfəri, o cümlədən 4 qadın bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək. Həmçinin əfv olunan Azərbaycan Respublikasının vətəndaşı bu gün həbsxanadan buraxılacaq. Bundan başqa daha 43 nəfərin cəzalarının çəkilməmiş hissəsi xeyli azaldılıb. Onların sırasında qadınlar da var.
Z.Koridze bildirib ki, komissiya fevralın 19-dan 26-dək olan müddətdə ümumilikdə 858 məhbusun müraciətinə baxıb.
Komissiyada baxılan müraciətlər arasında Azərbaycan vətəndaşlarının da sənədləri olub.(Report)