Ruslara qarşı partizan müharibəsi başlayır - AMERİKADAN SÜRPRİZ

Ruslara qarşı partizan müharibəsi başlayır - AMERİKADAN SÜRPRİZ
ABŞ Suriya müxalifətinə silah-sursat, geyim, nəqliyyat, bir sözlə hər şeylə yardım edəcək.

Bu günlərdə prezident Tramp Konqresdən suriyalı "dostlar” üçün 300 milyon dollar istəyib. 2019-cu il üçün bu maliyyə yardımının ayrılacağı şəksizdir. Konqres prezidentin sözünü yerə saymayacaq. Amerikalılar başqalarının əli ilə müharibə aparmağı çox sevir.
 
Sfera.az keşmişdə olan anoloji hadisələri yada salır.

Koreya

İlk dəfə partizanlara dəstəyi amerikalılar Koreyada veriblər. "UNPIK" adlı partizan dəstəsi Koreya Xalq Demokratik Respublikası qoşunlarının arxasına keçərək diversiyalar edir, kommunikasiya xəttlərini dağıdır, komanda punktlarına hücum edirdilər.

Partizanların sırasında 20 min döyüşçü var idi ki, onlara 100 amerikalı zabit təlim keçirdi.

Müharibənin sonuna bu dəstə rəqibin 70 min əskərini, 3 min texnikasını, 80 körpüsünü məhv etmişdi.

Əfqanıstan

Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstandakı əməliyyatı "Siklon” adlanırdı. Amerikalı zabitlər Pakistandakı düşərgələrdə əfqan mücahidlərinə təlim keçirdilər.
"Stinger” raketləri ilə davranmağı öyrənən mücahidlər düşmənin hava qüvvələrinə zərbələr endirdilər. Sovetlər ağır itkilər verdilər.
Əfqan partizanlarına təlim keçmək, silahlarla təhcizat ABŞ büdcəsinə ümumilikdə 6 milyard dollara başa gəldi.

Suriya bataqlığı

Rəsmi olaraq bəyan edilib ki, ABŞ Suriya müxalifətinə İŞİD-lə mübarizə aparmaq üçün kömək edir. Suriya müxalifətinə aid olan dəstələrdə ümumilikdə 60 min döyüşçü var. Donald Tramp dayanmadan təkrarlayır ki, İŞİD-i praktiki olaraq məhv ediblər. Bəs onda Suriya müxalifəti niyə yenidən modern nəqliyyat vasitəsi, pilotsuz təyyarələr, raketlərlə təhciz olunur?

Aydındır ki, ABŞ onları Rusiyaya qarşı hazırlayır. Suriya Rusiya üçün ikinci Əfqanıstan olacaqmı? Bunu zaman göstərəcək.
 
İlqar 



OXŞAR XƏBƏRLƏR