Ağ ev: “Moskva ilə sərt danaşacağıq”

Ağ ev: “Moskva ilə sərt danaşacağıq”
"ABŞ-ın yeni administrasiyası Rusiyaya qarşı sərt siyasət yürütməkdə davam edəcək".

Sfera.az xəbər verir ki, bu haqda "Ağ Ev”in rəsmi nümayəndəsi Sara Senders keçirdiyi brifinqdə danışıb:

"Biz Donald Trampın bir illik hakimiyyəti dövründəki siyasəti dəyişməyəcəyik. Rusiyanın keçirilən seçkilərə bir daha müdaxilə etməməsi üçün bir neçə variantı gözdən keçiririk.”

Sanderslə eyni zamanda Dövlət Departamentinin təmsilçisi Hizer Nauert bəyan edib ki, hələlik Rusiya və ABŞ münasibətlərin yaxşılaşdırılmasına hazır deyillər.
 
Qeyd edək ki, dünən ABŞ maliyyə naziri Stiven Mnuçin növbəti 30 gün ərzində Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyini bildirmşdi.
 
İlqar



OXŞAR XƏBƏRLƏR