Dünyanın ən gözəl 10 varlı qadını - FOTOLAR

10:51 / 28.02.2018
1929
"Richests.com" saytı dünyanın ən gözəl varlı qadınlarının siyahısını hazırlayıb. Siyahıdakı qadınlar həm gözəllikləri, həm də var-dövlətləri ilə diqqət mərkəzindədi.










Onlardan bəziləri doğulduqları gündən böyük sərvət sahibidir, bəziləri isə öz zəhmətləri hesabına bu yerə gəlib çıxıblar.(Qaynarinfo)
Sfera.az həmin siyahını təqdim edir:
1. İvanka Tramp

ABŞ prezidenti Donald Trampın qızıdır. Əmlak sektorunda fəaliyyət göstərib, bir müddət modellik edib, şəxsi moda markası ilə məşhurdur.
2. Josie Ho

Makaunun ən böyük qumarxanalarına sahib olan Stanley Honun qızıdır. Çində məşhur atrisa və müğənnidir. Stanley Honun 17 övladından biri olan Josie atasının varislərindən biridir.
3. Amanda Harst

Media kralı Uilyam Randof Harstın nəvəsidir. Amanda eyni zamanda model və baş redaktordur. Ailəsinin sahib olduğu "Harst Corporation"dan müstəqil həyat yaşayır, amma var-dvlətinin böyük hissəsinə görə ailəsinə borcludur.
4. Ceorcina Bloomberq

Amerikalı siyasətçi və iş adamı Maykl Bloomberqın qızıdır. Ceorcina pulunun böyük hissəsini xeyriyyə təşkilatlarına xərcləyən yardımsevərdir.
5. Holli Branson

Milyarder Riçard Bransonun qızıdır, 400-dən çox şirkətin səhmdarı olaraq böyük bir sərvətin sahibidir. Tibb fakültəsinin məzunu olsa da, sonradan atasının sahibi olduğu "Virgin Group"da iş həyatına başlayıb.
6. Dilan Lauren

Məşhur moda maqnatı Ralp Laurenin qızıdır. Dilan Nyu Yorkda açdığı və dünyanın ən böyük şirniyyat mağazası olan "Dylan’s Candy Bar" sayəsində böyük uğur qazanıb.
7. Vanişa Mittal

Dünyanın ən varlı adamlarından olan hindistanlı Lakşmi Mittalın qızıdır. 2004-cü ildə baş tutan toyu ilə bütün dünyada tanınıb. Milyonlarla dolların xərcləndiyi toy həmin vaxt tarixin ən bahalı ikinci toyu olmuşdu. Vanişa atasının sağ əli olaraq "Mittal" şirkətlər qrupunun İdarə Heyətində yer alıb.
8. Aerin Lauder

Məşhur kosmetika markası "Estee Lauder"in qurucusunun nəvəsidir. Şirkətin 16 faizinə, yəni ən azı 1 milyard dollar sərvətə sahibdir.
9. Anna Anisimova

Rusmədən kralı Vasili Anisimovun qızıdır. Anna "Rusiyanın Paris Hiltonu" adlandırılır. 3.4 milyard dollarlıq mirasın sahibi olacaq.
10. Julia Dreyfus

"Emmy" və "Qızıl Qlobus" mükafatlarına sahib olan amerikalı aktrisa 1990-1998-ci illər aralığında yayımlanan "Seinfeld" serialında canlandırdığı Elaine Benes ilə tanınır. Fransız bir milyarder ailənin qızı olan Julianın 3.4 milyard dolları var.
Sfera.az