Rusiyalı 4 kq kokainlə ələ keçdi
Hadisə
09:16 / 28.02.2018
3117
Buenos-Ayres aeroportunda təyyarəyə 4 kiloqram kokain keçirmək istəyən Rusiya vətəndaşı
həbs edilb.
Sfera.azbildirir ki, bu haqda Argentinanın təhlükəsizlik naziri Patrisiya Bulriş öz "Facebook” hesabında yazıb:
"Rusiya
səfirliyinin nəzdində olan məktəbdə 389 kq narkotik aşkarladıqdan sonra ölkədə
ciddi nəzarət rejimi yaratmışıq. Rusiya
vətəndaşı "Ezeys” aeroportunda yoxlamadan keçərkən çamodanda gizli yer
aşkarlanıb və polislər həmin yerdən 3,526 kq
kokain müsadirə ediblər.”
Qeyd edək ki, bir müddət əvvəl Argentina hökuməti Rusiya ilə birgə Moskvaya 400 kq kokain yollanmasının qarşısını aldığını bəyan etmişdi.