Sumqayıtda qadını zorlayaraq öldürən şəxsə HÖKM OXUNDU
Hadisə
17:37 / 27.02.2018
3261
Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci il avqustunda Sumqayıtda 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Həmin vaxt S. Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F. Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.
F. Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər keçib.