Güclü maqnit qasırğası müşahidə olunur
Dünya
18:00 / 27.02.2018
3257
Bu gün səhər saatlarından etibarən Yer kürəsində Günəşin koronal dəliyindən qaynaqlanan güclü maqnit qasırğası müşahidə olunmaqdadır.
Sfera.az bildirir ki, bununla bağlı Rusiya Elmlər Akademiyasının yaydığı məlumatda deyilir:
"Çərşənbə axşamı, fevralın 27-si səhər saatlarından başlayaraq maqnit qasırğası müşahidə edilir. Son 10 saat ərzində maqnit dalğalarının amplitudası 10 dəfədən çox artaraq 5-10 nTl-dən 70-100 nTl-ə yüksəlib”.
Mütəxəssislərin fikrincə, maqnit qasırğası günün sonuna qədər bitməlidir.(Virtualaz.org)