Azərbaycanda dəhşətli olay - Sevgilisini öldürdü, sonra intihar etdi
Hadisə
12:48 / 27.02.2018
2697
Daha əvvəl xəbər verdiyimiz kimi, fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində qeyri-rəsmi nikahda yaşadığı Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs isə hadisə yerindən qaçıb və onun saxlanılması üçün tədbirlər görülürdü.
Sfera.az DİN-ə istinadən xəbər verir ki, məlum olub ki, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.
Araşdırma aparılır.