Polad Bülbüloğlu: “Xocalıda insanları...”

Polad Bülbüloğlu: “Xocalıda insanları...”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib.

Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında məlumat verib. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini vurğulayaraq deyib: "Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların cəsədləri üzərində zorakılıq izləri var idi. Bu insanları ancaq azərbaycanlı olduqlarına, Qarabağda və Xocalıda yaşadıqlarına görə qətlə yetiriblər”.

Mərasimdə ABŞ-da çəkilən "Qaranlıqdan qaçarkən" filminin nümayiş ediləcəyini bildirən diplomat deyib: "Həmin kadrları görənlər onları heç vaxt unuda bilmirlər. "Qaranlıqdan qaçarkən" filmi şahidlərin müsahibələri, Amerika ictimaiyyəti nümayəndələrinin hadisələrə verdikləri hüquqi və ictimai qiymətlər əsasında çəkilib. Filmdə Xocalı faciəsi haqqında danışan erməni hüquq müdafiəçisinin etirafları da yer alıb. Qeyd edim ki, Ermənistan cəmiyyətində getdikcə daha çox adam Dağlıq Qarabağın və Ermənistanın o zamanki hakimiyyətinin törətdiyi bu faciəni dəhşətli səhv kimi qiymətləndirir. Bu filmi Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirirəm...”.

Diplomat dünyanın 16 parlamentinin, eləcə də ABŞ-ın 19 ştatının Xocalı faciəsini soyqırımı aktı kimi pislədiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Səfir tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü bildirib.
Polad Bülbüloğlu həmçinin Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib: "Yəhudi xalqı bizim ağrı-acımızı başqalarından yaxşı anlayır, çünki tarixi boyu bu xalq çox faciəvi hadisələrlə üz-üzə gəlib. Xüsusi qeyd etmək istəyirəm ki, "Qaranlıqdan qaçarkən” filmi ilk dəfə Los-Ancelesdəki ən böyük Xolokost muzeyi olan Tolerantlıq Muzeyində nümayiş etdirilib”.

Tədbirdə Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov, "Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qruqori Trafimçuk, Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq İnstitutunun baş elmi əməkdaşı İlqar Məmmədov, Kinorejissor Efraim Abramov və Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz  də çıxış ediblər.

Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun müraciəti oxunub.

Sonda "Qaranlıqdan qaçarkən” filmi nümayiş etdirilib. Film "Jconnect” the Jewish Federation of Greater Washington” tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə çəkilib. İlk dəfə 2017-ci ildə Los-Ancelesdə nümayiş etdirilən filmin rejissoru Daniel Yankoviç, prodüseri Coş Kaplandır.
 




OXŞAR XƏBƏRLƏR

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszad...

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...