Daşkəsəndə dəhşət : arvadını öldürən şəxs intihar etdi
Kriminal
19:58 / 26.02.2018
2860
Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib, hadisə yerindən qaçan şəxs intihar edib.
Sfera.az report-a istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qormaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib.
Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.