Türkiyə Afrinlə sərhədboyu ərazilərə nəzarəti tam ələ keçirib

Türkiyə Afrinlə sərhədboyu ərazilərə nəzarəti tam ələ keçirib
 Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonu ilə sərhədboyu ərazilərə nəzarəti ələ keçirib.

Sfera.az trend-ə istinadən bildirir ki,  "Zeytun budağı" çərçivəsində hərbi əməliyyatları davam etdirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

OXŞAR XƏBƏRLƏR