“Agentlərimin kimliyini Mədət Quliyevə deyə bilərəm” - MTN generalı

“Agentlərimin kimliyini Mədət Quliyevə deyə bilərəm” - MTN generalı

Bakı Apellyasiya Məhkəməsində MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

  Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə məhkəmənin qapalı və videoçəkilişlə keçirilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin edilməyib.

E.Quliyev deyib ki, danışmaq istədiyi məsələlər dövlət sirri təşkil etdiyi üçün açıq məhkəmədə deyə bilmir.

Onun vəkili bildirib ki, agentlərə ayrılan pulların mənimsənilməsi ittihamı üzrə ekspertiza keçirilməlidir:

 

"Pulların ayrılması ilə bağlı sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bunlar araşdırılmayıb”.

E.Quliyev deyib ki, agentlərinin kimliyini indiki DTX rəhbərliyinə açıqlaya bilər:

"Orada nazirin, nazir müavinlərinin - hər kəsin öz agenti olur. Mənim agentimi heç kim tanımayıb. Buna görə də pulların kimə verilməsindən Maliyyə İdarəsinin xəbəri olmayıb. Məndən kimə, nə qədər pul verdiyim soruşulmayıb. Heç onları burada da deyə bilmərəm. Hansı agentə nə qədər pul verdiyimi sadəcə indiki DTX rəhbərliyinə açıqlaya bilərəm”.

Vəsatət baxılmamış saxlanılıb.

Proses martın 15-də davam etdiriləcək.

 

qafqazinfo




OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...