"Sahil" metrosu nə vaxt açılacaq?

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir:

"Yaxın vaxtlarda Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır”.

"Sahil” stansiyası təhvil verildikdən sonra "Xətai” stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədəd xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, "Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

OXŞAR XƏBƏRLƏR

Alimlər Alkatraz qaçışlar haqqında nə deyirlər? - FOTO

Alkatraz adasındakı bədnam həbsxananın açılması xəbəri ilə bu yerdən nə vaxtsa kiminsə uğurla qaçıb qaçmadığı sualı bir daha gündəmə gəlib. Maraqlar təbii olara...

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

24 yaşlı Klaudiya Rozier adlı gənc qız dostundan gələn qəribə mesajla oyanıb. Məlum olub ki, onun İspaniyadan olan köhnə şəkli 82 milyon baxış toplayıb və inter...

Mavi Balinadan sonra yeni: “TikTok”da "Ölüm Trendi"

Başda “TikTok” olmaqla gənclər arasında zaman-zaman dəb halına gələn “ölüm meylləri”nə challenge adı ilə yenisi əlavə edilib. Bir müddət...

Müdirin həyat yoldaşının tələbi ilə qadın işdən çıxarıldı - FOTO

Amerikalı Melissa Nelson on ildən çox klinikada diş həkimi köməkçisi işləyib. Əla reputasiyaya və heç bir şikayət edilməməsinə baxmayaraq, stomatoloji klinikada...

Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı - FOTO

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.   Sfera.az xəb...

Təmir zamanı köhnə bankalardan 62 min dollardan çox pul tapıb - FOTO

Şanslı bir mülk sahibi tərk edilmiş bir evin divarlarında gizlədilmiş köhnə kakao tozu qablarında 47,000 funt sterlinqdən (62,000 dollara bərabər) çox pul tapıb...