Lənkəranda doğuş zamanı ana dünyasını dəyişib - VİDEO - YENİLƏNİB
Bakı. 22 oktyabr. REPORT.AZ/ Lənkəranda doğuş zamanı ana dünyasını dəyişib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, doğuş təbii qaydada həyata keçirilsə də sonradan ananın vəziyyəti ağırlaşıb: "Uşaq normal dünyaya gəlib. Sonradan ananın halı qəfil pisləşib və həkimlərin səyinə baxmayaraq ana dünyasını dəyişib. Ölümün səbəbiSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsində aparılacaq müayinələrdən sonra məlum olacaq. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 08:37
Lənkəranda doğuş zamanı ölüm hadisəsi baş verib. "Report" xəbər verir ki, ana övladını dünyaya gətirərkən vəfat edib. Dünyasını dəyişən qadın rayonun Şağlasər kənd sakini Səmayə Nazim qızı Ağayevadır.
Sfera.az