Azərbaycanda unikal bina tikilir - DÜNYADA İLK OLACAQ - VİDEO
Sfera.az-ın məlumatına görə, qeyri adi-dizaynı və unikallığı ilə seçilən bina günəş və küləkdən elektirk enerjisi alacaq.Bundan əlavə, binanın su təchizatı da alternativ yolla öz həllini tapacaq. Həmçinin mərtəbələrin sayına və bütün müasir tələblərə cavab verməsi ilə ölkədəki digər binalardan xüsusi seçiləcək.
Layihənin rəhbəri Ramil Kərimlinin sözlərinə görə, işin reallaşması üçün böyük miqdarda vəsait lazımdır. Amma unikal olması ilə seçilən bina xarici investorların da diqqətini çəkib.
Layihənin reallaşacağı halda bu bina dünyada bir ilk olaraq tarixə düşəcək.Baxmayaraq ki, bənzər layihələr fərqli ölkələrdə var, amma 3 alternativ enerji mənbəyi ilə təchiz olunan ilk bina məhz Bakıda olacaq.
2019-cu ilin ilk aylarından binanın tikintisinin başlanması nəzərdə tutulur. 54 mərtəbəli bina 3 hissədən - hotel, yaşayış kompleksi və biznes-mərkəzdən ibarət olacaq.
Sfera.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Xezerxeber.az