FHN və polis əməkdaşları qız üstündə kredit işçisini döydülər - ŞOK FOTOLAR
Hadisə
13:13 / 24.02.2018
6601
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşı, kapitan Nəsimi Bağırov, qardaşı Əfqan Bağırov və qohumu olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov "Cəlilabad kredit evi" təşkilatının kredit mütəxəssisi Yusif Quliyevi döyüblər.
Bu barədə Sfera.az-a 20 yaşlı zərərçəkmiş Yusif Quliyev özü məlumat verib.
O bildirib ki, hadisə Cəlilabad rayonu, Bakıxanov küçəsində törədilib:
"Cəlilabad rayonu, Bakıxanov küçəsində olduğum zaman Şahin Cəfərov, Nəsimi və Əfqan Bağırov qardaşları qəfil mənə yaxınlaşaraq, üz və bədən nahiyyələrimə də yumruq zərbələri vurublar. Məni küçənin ortasında döyərək ciddi xəsarət yetiriblər. Hadisədən sonra xəstəxanada yatmışam, üz-gözüm tanınmaz hala salınıb. Onlar məni şərləməyə çalışırdılar. Mənə xəsarət yetirilməsi ilə bağlı Cəlilabad rayon Prokurorluğuna və Polis Şöbəsinə, "102" xidmətinə məlumat vermişəm. Döyülməyimlə bağlı əlimdə dəlillərim var".
Sfera.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, tərəflər arasında baş verən insidentə səbəb qız məsələsi olub.