143 gəncin intiharına səbəb oldu – ŞOK STATİSTİKA
10:13 / 24.02.2018
1806
Təkcə ötən ildə Türkiyədə 143 gənc bu səbəbdən itnihar edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il Türkiyədə 143 gəncin intiharına səbəb olan "Mavi Balina" oyunu artıq ölkədə nəzarətə alınıb. Son olaraq Bursada 16 yaşlı gəncin intiharına səbəb olan bu oyun Bursa Polis İdarəsini də bu istiqamətdə iş görmək üçün əməliyyata təşviq edib. Artıq Mavi Balina Oyunu ilə əlaqədar olaraq Türkiyənin Bursa Polis İdarəsi tərəfindən istintaq əməliyyatı başlanılıb. Bursa Polis İdarəsindən verilən məlumata görə isə artıq bu oyunun qarşısını almaq, əks təbliğat aparmaq üçün müəyyən kompaniyaya başlayacaqları bildirilib.
Qeyd edək ki, internet üzərindən müəyyən təlimatlar verən bu oyunda gənclər, uşaqlar əsas hədəf seçilir. Onlara təlimatlar verilir və sonda özlərini öldürmələri tələb olunur. Bir daha qeyd edək ki, bu oyun sadəcə cəfəngiyyat, boş bir xülyadır.
Hələlik ki, bu oyunun dünya üzərindən yayımlanmasının qarşısını almaq mümkünsüzdür.
P.S: İntiharı təbliğ etməmək üçün Mavi Balina oyununa görə həyatına qəsd edənlərlə bağlı açıqlanan istintaq materiallarını yayımlamırıq.