Anar Əliyevin qətlinin arxasında kim dayanır?

Anar Əliyevin qətlinin arxasında kim dayanır?
 Moskvanın Çertanovsk küçəsində qətlə yetirilmiş 42 yaşlı azərbaycanlı iş adamı Anar Əliyev Rusiya paytaxtının Cənub inzibati dairəsinin ərazisində çoxsaylı ticarət çadırlarının sahibi olub.

Sfera.az xəbər verir ki, bu barədə Moskvanın Azərbaycan diasporunun nümayəndəsi Azər Qurbanov Oxu.Az-a açıqlama verib

Qeyd edək ki, fevralın 22-də, səhər saatlarında naməlum şəxs parkinq yerində olan "Lexus” markalı avtomobili atəşə tutub, avtomobilin sükanı arxasında əyləşmiş Anar Əliyev dörd güllə yarası alıb.

Ölümcül yaralanan Əliyev hadisədən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. 

İstintaq orqanları qətlin sifarişli olduğunu açıqlayıb. Müşahidə kamerasına düşən qatilin arıq bədən quruluşuna malik, Qafqaz milliyyətindən olduğu ehtimal edilən kişi olduğu bildirilir. Qatil küçədə Əliyevin avtomobilini gözləyib, sonuncu maşını duracaqdan çıxaran zaman onu atəşə tutub.

Qurbanovun sözlərinə görə, Cənub dairəsi ticarət üçün olduqca gəlirli yerdir:

"Əvvəllər Zapadnı Biryulyevada  çoxsaylı azərbaycanlıların işlədiyi ən iri "Pokrovsaya” meyvə-tərəvəz bazası  (keçmiş Brejnevski) yerləşirdi. Həmin ərazi daima hüquq-mühafizə strukturlarının diqqətində olub, belə ki, orada mütəmadi olaraq azərbaycanlı və digər qanuni oğruların "sxodkaları” keçirilib.

"Pokrovskaya” bazasının bir çox  ticarət obyektlərinin sahibləri yerli kriminal qruplaşmaların himayəsindən istifadə edib. Bazanın bağlanmasına baxmayaraq, biznesmenlərdən xərac toplayan kriminal qruplaşmalar fəaliyyəti davam etdirib. Bu gün həmin rayonda çox sayda azərbaycanlılar çalışır.

Anar Əliyevi kiçik sahibkar adlandırmaq düzgün olmaz. Əliyevin biznesi yüksəlməkdə idi. İstisna deyil ki, bu, kriminal avtoritetlərin diqqətini cəlb edib. Əsas ehtimallardan birinə görə, o, pula görə və ya xərac ödəməkdən imtina etdiyinə görə sui-qəsd qurbanına çevrilib. İkinci versiya  biznesmenin çalışdığı sahəyə başqa azərbaycanlı həmyerlisinin göz tikməsidir”.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...