Azərbaycanda yayılmış epidemiya: Ondan necə qorunmaq olar?

Azərbaycanda yayılmış epidemiya: Ondan necə qorunmaq olar?
Son aylar bütün respublikada yayılmış kəskin respirotor qrip infeksiyasından sonra başlayan daha bir xəstəlik də insanları  narahat etməkdədir. Göz altının torbalanması, gözün ətrafının  şişməsi, sulanması,  qaşınması ilə özünü göstərən bu xəstəliyi çoxları adi qripin fəsadı hesab edir. Gözlərin şişməsi ən az bir  həftə sürür. Əslində isə rastlaşdığımız bu narahatlıq göz qripi xəstəliyidir.
 
Göz qripi nədir, ondan necə qorunmaq olar? Sfera.az bildirir ki, bu barədə Bizim Yol-un suallarını oftalmoloq həkim Aynur Hüseynova cavab verir.
 
"Göz qripini allergiya ilə qarışdıranlar var , lakin göz qripi özü ayrılıqda bir virus xəstəliyidiur. Adenovirüs göz infeksiyası, konyuktivit, xalq arasındakı  ‘göz qripi’ kimi bilinir. Bu xəstəlik konyuktivit torbalarını virus yoluxması nəticəsində  həssaslaşdırır. Gözdə yanma, şişmə, qaşınma, çirklənmə, qızarma , sulanma  başlayır. Bu çox yoluxucu virusdur. Göz qripinin iki ayrı mərhələsi var. İlk mərhələsində göz qapaqları şişir, gözlər qızarır, sulanır və ciddi mənada qaşıntı meydana gəlir. Xəstəliyin sürətlə yayıldığı bu mərhələ təxminən 3-4 həftə davam edir. Yoluxma riskinin azaldığı ikinci mərhələdə isə virus gözün şəffaf təbəqəsini tutur və görmə problemləri yaşanır. Göz qripi zamanı qulaq dibində və çənə altında  vəzlər yaranır və ağrı hiss olunur.

Evdə bir nəfər yoluxdusa digərlərinə də keçmək riski böyüyür. Xəstənin əl-üz dəsmalından başqaları istifadə etməməlidirlər, mütləq şəkildə hər gün onun yastığının üzü  dəyişdirilməli və qaynadılmalıdır.Xəstə adam tez-tez əllərini yumaldır, başqaları ilə yaxın təmas qurmamalıdır. Ortaq eynək, ortaq dəsmal, ortaq makiyaj  vasitələri yoluxmanı sürətlənidir. Linza istifadə edən şəxslər göz qripinə yoluxarkən mütləq linzanı çıxarıb sağalana qədər istifadə etməməlidirlər. Evdə qorunmaq üçün göz üçün tetrasklin məlhəmi çəkə bilərsiniz. Eyni zamanda soğan suyu da yaxşı antiseptik vasitə hesab olunur. Lakin artıq yoluxma başlayıbsa və gözdə qızarma varsa mütləq şəkildə göz üçün damla preparatlardan- antibiotiklərdən istifadə etmək lazımdır. Bu xəstəliyin gedişatında göz tetrasklini zəif  təsir vasitəsidir. Xəstəliyin ən pis cəhəti gözün görmə qabiliyyətini zəiflətməsidir. Əlavə fəsadların yaranmaması üçün  göz damlalarından istifadə edin. Məsələn "Neladeks” və ona bənzər antibiotik göz damlaları  yaxşı təsir göstərir. Əgər gözün biri şişibsə  xəstə gözə gündə 4 dəfə 1 damla olmaqla, sağlam gözə isə gündə 2 dəfə bir damla olmaqla göz üçün antibiotik dərman tökülməlidir. Soyuq kompres qoymaq da müsbət təsir göstərir. Göz qripi isti havalarda da geniş yayıla bilir və isti onun yayılmasını sürətləndirir”,-  deyə həkim bildirib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...