Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verdi

Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verdi
Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər. Bankın biznes müştəriləri üçün tətbiq etdiyi Open API sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır. 

API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. Unibankın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

Open API –ın əsas üstünlükləri

Open API məlumatların tam təhlükəsizliyini təmin edir;
Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır;
Əməliyyatların statusları barədə məlumat alır;
Hesabdan çıxarış əldə etmək imkanı yaradır.
 
Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək (əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq) mümkündür:

Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici)
Hesabdan karta köçürmələr 
Kartdan karta
Kartdan hesaba
Konvertasiya əməliyyatları
Büdcə ödənişləri
Azercell ödənişləri
ƏDV ödənişləri

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients  əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!




OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...