3 milyona mənzil, 10 milyona villa satılır- Bakıda

3 milyona mənzil, 10 milyona villa satılır- Bakıda
 Bu gün Bakıda dəyəri bir neçə milyon manat olan mənzil və villalar mövcuddur.

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillər əsasən şəhərin mərkəzində premium binalarda yerləşən, böyük sahəyə malik, dəniz mənzərəsi olan mənzillər. Bu mənzillərin qiyməti 3 milyon manata qədərdir.

Villalara gəlincə isə ekspert bildirib ki, bu gün Bakı şəhəri və ətraf ərazilərdə 10 milyon manata satışa çıxarılan villalar var.

R.Osmanlının sözlərinə görə, ötən illərlə müqayisədə villaların qiyməti xeyli ucuzlaşıb:

"Xüsusilə enerji taariflərinin diferensiallaşmasından sonra saxlanma xərcləri artdığına görə satışa çıxarılan villaların sayı xeyli dərəcədə artdı və bu da təbii ki, qiymətin ucuzlaşmasına gətirib çıxardı. Amma elə villalar da var ki, onlar bu gün girovdadır və ev sahibi banka uduzmamaq üçün villanı satıb banka olan borcunu bağlamaq və yerdə qalan vəsaiti digər problemlərinin həllinə sərf etmək istəyir. Belə hallar da var və bu addımlar villaların qiymətinə təsir göstərir. Son bir il ərzində villaların qiyməti 15 faizə qədər azalıb, iki il əvvəlki qiymətlərlə müqayisədə isə bu rəqəm 20 faizdən çoxdur”.

R.Osmanlının sözlərinə görə, müşahidələr göstərir ki, Bakıda villaların alqı-satqısı çox aşağı səviyyədədir: "Ümumiyyətlə, dəyəri 500 min manatdan yuxarı olan və likvidlik göstəriciləri aşağı olan əmlak kateqoriyalarına tələb xeyli dərəcədə aşağı düşüb. Artıq insanlar bu əmlaklara investisiya qoymağı düşünmürlər. Xüsusilə nəzərə alsaq ki, son illər əmlakın vergiyə cəlb olunması kimi qərarlar verildi, yəni böyük məbləğdə villa alqı-satqısı olan zaman onun vergisi də böyük olur, eyni zamanda böyük villanın saxlanma xərcləri də kifayət qədər yüksəkdir və əksər hallarda həmin əmlakdan gəlir götürmək imkanları məhduddur. Bütün bu səbəblərə görə, belə villalara olan maraq xeyli azalıb. Yəni villanı alıb boş yerə saxlamaq və orada böyük vəsaiti yatırtmaq bu gün üçün heç kimə sərf etmir. Ona görə də bazarda böyük və bahalı əmlaklara maraq xeyli dərəcədə aşağı düşdü”.

Ekspert vurğulayıb ki, hazırda daha çox tələbat qiyməti təqribən 200-500 min manat və icarə dəyəri 1000-3000 manat arasında dəyişən qeyri-yaşayış və xidmət obyektlərinədir: "Bundan başqa şəhər mərkəzlərində yerləşən, xüsusilə yeni tikililərdəki mənzillərin son illərdə likvidliyi artıb. Bu da xarici vətəndaşların ölkəmizə marağının çoxalması ilə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR

Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırıldı

Prezident İlham Əliyev 21 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fə...

Sabaha gözlənilən hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorolog...

"Avropanı hər vasitə ilə cəzalandırmaq lazımdır" - Medvedev

“Bütün mümkün vasitələrlə Avropanı cəzalandırmaq lazımdır”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr...

Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevə başsağlığı verdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.  ...

İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.   Sfera.az ...

Əli Əsədov Qazaxıstana təşəkkür etdi

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olub.   Nazirlər Kabinetindən Sfera.az-a bild...