ABŞ-ı çalxalayan iddia: "Tramp məni liftdə zorla öpdü"

ABŞ-ı çalxalayan iddia:
Raşel Kruks adlı qadın ABŞ prezidenti Donald Trampla bağlı iddiaları ilə ölkə gündəmini çalxalayıb.

Sfera.az xarici metbuata istinadən bildirir ki, R.Kruks 12 il öncə D. Trampın onu zorla öpdüyünü iddia edib. 

O, resepşn işləyərkən yaşadıqlarını CNN kanalındakı verilişlərdən birində danışıb: 

"Liftdə idik və o, məni zorla öpdü". 

Qadının sözlərinə görə, D. Tramp həmin vaxt yanında işləyən bütün qadınlara qarşı cinsi zorakılıq edib. 

Xatırladaq ki, daha öncə 19 qadın metbuat konfransı təşkil edərək oxşar iddialar səsləndirmişdi.

OXŞAR XƏBƏRLƏR