Usubov və Qaralov avtoritetləri qəbul etmədi

Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

Sfera.az Axar.az-a istinadən bildirir ki, təşkil olunan məkhəmədə avtoritet qardaşların Rusiya Federasiyası məhkəməsindən Azərbaycan məhkəməsinə ekstradisiyası müzakirə olunub. Məlumata görə, göndərilən sorğuya Azərbaycan tərəfi mənfi cavab verib. Belə ki, Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov məsələ ilə bağlı məhkəməyə ünvanlanan məktubda adıçəkilən şəxslərin oğru dünyası ilə sıx əlaqədə olduqları və buna görə də onların Azərbaycana ekstradisiyasının yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Ruslan Nəzərli Kaluqa şəhər Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) və 163-cü yəni (quldurluq) maddəsi ilə təqsirli bilinərək, 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərliyə isə eyni maddələrlə 11,5 il cəza verilib.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...