180 milyonluq müqavilə rəsmiləşdi

180 milyonluq müqavilə rəsmiləşdi
PSJ-nin "Strasburq"u 5:2 hesabı ilə yendiyi matçdan sonra Kilian Mappenin müqaviləsi ilə bağlı ilginc detal üzə çıxıb.
 
Sfera.az xəbər verir ki, həmin detala əsasən Paris klubunun "Monako"ya 180 milyon avro ödəməsi rəsmiləşib.

Belə ki, PSJ UEFA-nın "Maliyyə Fair-Play" qaydalarında ilişməmək üçün "Monako" ilə futbol tarixində görünməmiş müqavilə imzalayıb. Həmin müqavilədəki bir bəndə əsasən Paris təmsilçisi növbəti mövsümdə də Liqa 1-də çıxış edəcəyi halda Mbappe üçün knyazlıq klubuna 180 milyon ödəməlidi.

PSJ-nin Liqa 1-dən düşmək prespektivi onsuz da yox idi. Formallıq xarakteri daşıyan anlaşma "Strasburq"la oyunda rəsmiləşib. Bu komandaya 5:2 hesabı ilə qalib gələn PSJ Liqa 1-dəki yerini riyazi olaraq rəsmən təmin edib. Bununla da Mbappe üçün "Monako"ya 180 milyon ödənilməsi şərti rəsmiləşib. Paris klubu mövsümün sonunda bu transferi rəsmiləşdirəcək və Neymardan (22 milyon avro) sonra futbol tarixinin ən böyük keçidi baş tutacaq.

Qeyd edək ki, Mbappe cari mövsümdə PSJ-nin heyətində 32 rəsmi oyuna çıxıb. Bu matçlarda 15 qola imza atan 19 yaşlı futbolçu 14 məhsuldar ötürmə edib.(Fanat.Az)


OXŞAR XƏBƏRLƏR