Müştəri qismində fahişə yanına gedən polis şoka düşdü
Türkiyədə qızını fahişəliyə məcbur edən qadın və onunla əlbir olan iki nəfər həbs edilib.
Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Adanada baş verib. Polis 54 yaşlı Dönə Ç.-nin evini nəzarətə götürüb. Qadının qızı 33 yaşlı qızı Şükriyə K. ilə rəfiqəsi 42 yaşlı Fatma B. Nabi D. və Adəm G.-nin tapdığı kişilərələ bu evdə görüşürmüş.
Əmliyyat keçirən polis müştəri kimi Adəmlə əlaqə saxlayıb. 100 TL ( 33 manat) qarşılığında qadınla görüşən polis yataq otağında vəsiqəsini göstərib. Polis ana və qızının birlikdə fahişəliklə məşğul olduğunu müəyyən edib.
Dönə Ç. evdəki qadınlardan birinin qızı, digərinin isə rəfiqəsi olduğunu deyib. Dönə qızının və rəfiqəsinin fahişəlik edib etmədiklərindən xəbərsiz olduğunu bildirib.
Adəm G. isə ifadəsində "10 ildir ki, qadınlara marağım yoxdur. Kişilərdən xoşlanıram. Antena ustasıyam. Bu qadının bizə borcu var. Bəlkə bu yolla borcumuzu alarıq deyə mənə zəng edənləri Nəbiyə yönləndirdim" deyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.