Elçilikdə "yox" cavabı alan oğlan qızın ailəsini güllələdi - VİDEO/FOTO

Elçilikdə
Türkiyədə dəhşətli qətl hadisəsi qeydə alınıb.

Sfera.az xəbər verir ki, cinayət Türkiyənin Balıkesir şəhərinin Havran qəsəbəsində saat 23:00-da törədilib.

Ali S. adlı gənc elçiliyə getdiyi ailənin "yox" cavabını aldıqda qətliam kimi cinayət törədib. O, 7 nəfəri güllələyib. Güllənənlərdən 3-ü ölüb, 1-i uşaq olmaqla, 4 nəfər yaralanıb.

O, daha sonra sosial şəbəkədə canlı yayım açaraq "Son vəziyyət belədir" deyib.

Qeyd edək ki, hadisə zamanı Ali S.in sevdiyi qız da yaralanıb.(Milli.az)
 
 


OXŞAR XƏBƏRLƏR