Bill Qeyts Trampa etiraz etdi: "Hökumət məndən daha çox vergi almalıdır"
Dünya
23:28 / 19.02.2018
1144
Dünyanın ən varlı ikinci adamı Bill Qeyts ABŞ prezidenti Donald Trampın ötən ilin dekabr ayında imzaladığı qanun layihəsinə etiraz edib.
Sfera.az "Ntv.com"a istinadən bildirir ki, 1.5 milyard dollar vergi endirimi etməyi nəzərdə tutan qanun layihəsini tenqid edən Bill Qeyts, bunun sadəcə imkanlı şəxslərin xeyrinə olduğunu deyib:
"Bu qanun ölkəni geriyə aparacaq. Mən ən çox vergi verənlərdənəm. 10 milyarda yaxın vergi vermişəm. Amma hökumət mənim kimi adamlardan daha çox vergi almalıdır".
Xatırladaq ki, Bill Qeyts hazırda 92 milyard dollar sərvətin sahibidir.