Ərdoğan Putin və Ruhani ilə Afrindəki əməliyyatı müzakirə edib

Dünya
22:25 / 19.02.2018
1207
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti edib.
Sfera.az Yeniçag-a istinadən xəbər verir ki, iki ölkə lideri Suriyanın Afrin bölgəsində aparılan anti-terror əməliyyatını müzakirə edib. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə də bağlı iranlı həmkarına başsağlığı verib.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Onlar da Afrindəki hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər.