Azərbaycanda avtoxuliqanlığı bu cür təbliğ edirlər - 90 UU 990 - VİDEO

Azərbaycanda avtoxuliqanlığı bu cür təbliğ edirlər - 90 UU 990 -  VİDEO

Belə görüntüləri sosial şəbəkələrdə yayıb başqalarını da həvəsləndirirlər

Yay aylarında bir neçə dəfə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançası bahalı avtomobillərlə dolub-boşaldı. Səbəb sadə idi; bu avtomobillərə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan səs siqnalları, xorultulu səs çıxan qurğular, işıq cihazları və başqa detallar quraşdırılırdı ki, bu da yol hərəkəti qaydalarına zidd əməllərdir.

Avtosfer.az dəfələrlə bu məsələ ilə bağlı müxtəlif fikirləri yayıb, təbliğ edib. Amma bəzən baxıb görürük ki, biz təbliğat işi aparıb insanları maarifləndirərkən başqaları bunun əksini edir. Biz sürücüləri intizamlı olmağa çağırarkən başqaları avtoxulilanlıq «dərsi keçir». Məsələn, 90 UU 990 dövlət nömrə nişanlı bu «BMW»yə həsr olunmuş videoçarxa nəzər salaq. Röyal İsmayılov tərəfindən hazırlanan videoçarxda başdan-başa avtoxuliqanlıq təbliğ olunur. Avtomobilin sərt döngələrdə davamlı şəkildə etdiyi təhlükəli manevrlər diqqəti cəlb edir.

Avtomobilin konstruksiya dəyişikliyi də göz qabağandadır. Çox güman ki, «BMW» şirkəti avtomobilin arxasını endirib-qaldıran qurğunu avtomobilə qoymur. Onu yalnız Azərbaycanda edirlər. Sonra da bu görüntüləri sosial şəbəkələrdə yayıb başqalarını da həvəsləndirirlər. Axırı isə heç də yaxşı nəticələnmir. Ən yaxşı halda cərimə olunurlar, ən pisindən isə Allah qorusun!


OXŞAR XƏBƏRLƏR